İrevan Tv
CANLI TV

Siyasət
20 May 2024
2

Prezident Qarabağ Universitetinə rektor təyin etdi



 

Prezident İlham Əliyev Şahin Vaqif oğlu Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.


Bununla bağlı President.az məlumat yayıb.


Dövlət başçısının digər sərəncamı ilə, Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.


Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılıb.