Mədəniyyət Nazirliyi mədəniyyət mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elan edir.
İrevantv.com Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytına əsasən xəbər verir ki, müsabiqə Nazirlik şəbəkəsinə aid olan musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin, həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulunu əhatə edəcək.
Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunacaq. Test imtahanı 2 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında 02.05.2024-cü il saat 09:00-dan 22.05.2024-cü il saat 18:00-dək aparılacaq.
İşə qəbul qaydaları, test imtahanı və müsahibə mərhələsinin proqramları, habelə məktəb və mərkəzlərdə mövcud olan vakansiyalarla aşağıdakı linklərə daxil olmaqla tanış ola bilərsiniz.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi nümayiş olunur
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
FHN-də silsilə maarifləndirmə tədbirləri keçirib
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar rəsm sərgisi keçirilib
BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlər üçün ən aktual məsələ olmalıdır
UEFA-dan AVRO-2024 ilə bağlı yeni qərar
Gəncədə Məhəmməd Füzulinin xatirəsi klassik şeir gecəsi ilə anılıb
İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həs olunan tədbir keçirilib