Prezident minalardan təmizlənmiş ərazinin sahəsini AÇIQLADI
"Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir".
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Zəngilan şəhərində keçirilən "Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.
"Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün tərəfimizdən davamlı şəkildə müvafiq işlər görülür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Azərbaycanda ötən ildən başlayaraq qadın minatəmizləyən qrupları da fəaliyyətə başlamışdır. Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir", - deyə müraciətdə qeyd olunub.
İlham Əliyevdən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezident: "Müharibənin başa çatmasından bu günədək 361 vətəndaşımız mina qurbanı olub"
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
“ChatGPT-5”in yeni imkanları həyatımızı necə dəyişəcək?
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb