İrevan Tv
CANLI TV

Siyasət
31 May 2024
11

Elçin Əmirbəyov: "İlin sonuna qədər 20 min məcburi köçkünün doğma torpaqlarına qayıtması gözlənilir"



 

"İlin sonuna qədər 20 min məcburi köçkünün doğma torpaqlarına qayıtması gözlənilir".


Bu sözləri "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.


O, qeyd edib ki, insanlar təhlükəsiz, yaşıl mühitdə yaşamalıdırlar:


"Bu, çox vacib bir fəaliyyətdir. Ərazilərimizdə yenidənqurma işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizdə yeni nəqliyyat şəbəkəsi qurulub. Bunlar hamısı vacibdir. İlin sonuna qədər 20 min məcburi köçkün yurdlarına köçürüləcək. Ümumilikdə doqquz şəhər yenidən qurulacaq. Bunun üçün 2021-ci ildən bu yana 7 milyard dollar yatırılıb".oxuaz//