İrevan Tv
CANLI TV

Siyasət
06 İyun 2024
2

Dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin sayı artırıldı



 

"Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda dəyişiklik edilib.


President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.


Dəyişikliyə əsasən, "Dekstrometorfan" həbi Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısından çıxarılıb.


Həmin həbin adı Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr siyahısına daxil edilib.