Prezident: "Yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması qarşımızda duran ümdə vəzifədir"
"Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaq".
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda "COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətində bildirilib.
"İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcək", - deyə dövlətimizin başçısı müraciətində vurğulayıb.
İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev: "Azərbaycan COP29-a var gücü ilə hazırlaşır"
Prezident: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanıb"
İlham Əliyev: "Azərbaycan COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcək"
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İlham Əliyev: "Yaşıl dünya naminə həmrəy olaq" şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir"
İlham Əliyevdən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT
Prezident minalardan təmizlənmiş ərazinin sahəsini AÇIQLADI
Prezident: "Kiçik ada dövlətlərinin səslərinin aydın eşidilməsi üçün əlimizdən gələni edəcəyik"
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Azərbaycanda tibb işçilərinin peşə bayramıdır
Prezident: "Müharibənin başa çatmasından bu günədək 361 vətəndaşımız mina qurbanı olub"