Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib
Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.
AZƏRTAC xəbər verir ki, bu fikir iyulun 3-də Astanada qəbul olunan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də yer alıb.
Bəyannaməyə əsasən, tərəflər terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyini vurğulayıblar.
Bildirilib ki, tərəflər milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birilərinə qətiyyətli dəstək verməyə davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə, milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazırdırlar.
Azərbaycan Respublikası
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Azərbaycan Çin vətəndaşlarına bir il müddətinə vizasız rejim tətbiq edəcək
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Prezident İlham Əliyevin Misirə rəsmi səfəri yerli medianın diqqət mərkəzində olub
İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?