İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verilib.
Bildirilib ki, ümumi daxili sahəsi 2600 kvadratmetr olan Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə ötən ilin mayında başlanılıb. Buradakı keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşıllıq zonası salınıb.
Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada "ASAN xidmət" və "DOST xidməti" mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialları fəaliyyət göstərəcək.
Diqqətə çatdırılıb ki, burada fəaliyyət göstərəcək qurumlar üzrə 56 nəfərin aidiyyəti üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin edilib.
Bildirilib ki, buradakı Şuşa regional "ASAN xidmət" mərkəzində 21 nəfər çalışacaq. İşçilərin hamısı Şuşada qeydiyyatda olan vətəndaşlar arasından (köç siyahısından) seçilib.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib
İlham Əliyev və Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni binasının açılışında
Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
Azərbaycanda tibb işçilərinin peşə bayramıdır
İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin açılışında -FOTO+VİDEO