Kərim Vəliyev Azərbaycan və Qazaxıstan hərbçilərinin təlimini izlədi
Qazaxıstan Respublikasında səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonuna gəlib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin keçirilməsi üçün poliqonda yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik K.Vəliyev komanda-idarəetmə məntəqəsinə gələrək "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodunu izləyib.
Sonra hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları ilə görüş keçirilib. Təlimdə fərqlənən hərbi qulluqçular medal və qiymətli hədiyyələrlə təltif ediliblər.
Qeyd edilib ki, "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimində qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.
Zakir Həsənov Qazaxıstanda Azərbaycan hərbçilərinin təlimini izlədi
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya rəsmi səfəri başlayıb
İlham Əliyevdən III MDB Oyunları ilə bağlı SƏRƏNCAM
İlham Əliyev DSX hərbi qulluqçularını orden və medallarla təltif etdi
Türkiyəli general Azərbaycanda Quru Qoşunların qərargahına getdi- VİDEO
Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə taktiki-xüsusi təliminə start verildi
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur
Azərbaycan Ordusunun Baş Qərargah rəisi türkiyəli həmkarı ilə görüşüb
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür