Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya rəsmi səfəri başlayıb
Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan parkında ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib. Sonra Serbiya şairi və yazıçısı Milorad Paviçin heykəli ziyarət olunub, önünə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahında Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun qarşısından təntənəli keçiddən sonra Azərbaycan və Serbiyanın Dövlət himnləri səsləndirilib. General-polkovnik K.Vəliyevin serbiyalı həmkarı ilə görüşü keçirilib.
Görüşdə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dana sonra general-polkovnik K.Vəliyev Serbiya Respublikasının müdafiə naziri cənab Bratislav Qaşiç ilə görüşüb.
Müdafiə naziri ilə görüşdə hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.
Qeyd edək ki, keçirilən görüşlərdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev də iştirak edib. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya səfəri davam edir.
Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO/VİDEO
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır - YENİLƏNİR + FOTO
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Macar parlamentarilər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Türkiyəli general Azərbaycanda Quru Qoşunların qərargahına getdi- VİDEO
Azərbaycanda tibb işçilərinin peşə bayramıdır
Qırğızıstan Parlamentinin sədri ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib