İrevan Tv
CANLI TV

Cəmiyyət
24 May 2024
2

Sürət qatarının hərəkəti bərpa edilib



 

Bakı-Sumqayıt qatarında texniki nasazlıq aradan qaldırıldıqdan sonra qatarın hərəkəti bərpa edilib.


“Report” xəbər verir ki, qatar aşağı sürətlə Bakı istiqamətində hərəkət edir.


Bələdçilər texniki problemin aradan qaldırıldığını elan ediblər.


08:42

Bakı-Sumqayıt-Bakı sürət qatarı texniki nasazlıq səbəbindən yolda dayanıb.


"Report" xəbər verir ki, nasazlıq qrafik üzrə Xırdalan dəmiryol stansiyasından Bakıya yola düşməli olan qatarda yaşanıb.


Sərnişinlərə edilən xəbərdarlıqda gecikmənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.

Hazırda qatarın nə zaman hərəkət edəcəyi bilinmir.