Xankəndi, Xocalı və Suqovuşana bu il köç olacaq
"Təsdiq olunmuş köç planına əsasən, Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlu kəndində bu il ərzində ümumilikdə 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub".
APA xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərində keçirilən "Ətraf mühitinin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusunda elmi-praktiki konfrans zamanı deyib.
O bildirib ki, artıq Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib, yaxın müddətdə isə daha 50 ailənin köçü həyata keçiriləcək:
"Hazırkı tarixədək isə Ağdərə rayonunun Talış kəndinə 20 ailə köçürülüb, bu ilin sentyabr və oktyabr aylarında isə Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi planlaşdırılır. Növbəti illərdə bu say dəfələrlə artacaq".
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İlham Əliyevdən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT
İlham Əliyev və Mehriban Əliyeva Xocalı şəhərində - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azərbaycanda tibb işçilərinin peşə bayramıdır
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Şuşa şəhərinə yola düşdü - VİDEO
Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib