Ülvi Mehdiyev: "ASAN xidmət" mərkəzləri bütün regionlarda olacaq"
"Növbəti illərdə Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də regional "ASAN xidmət" mərkəzləri olacaq".
Bu sözləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanan "Hədəf" verilişində deyib.
O qeyd edib ki, "ASAN xidmət" mərkəzləri bütün regionlarda olacaq:
"İşğaldan azad edilmiş regionlarda quruculuq işləri həyata keçirilir. "ASAN xidmət" mərkəzləri regionlarda da olacaq. Eyni qaydada xidmət göstərəcək. Qarabağ və Zəngəzurla bağlı da planlarımız var".
"Şuşada Dövlət Xidmətləri Mərkəzinin açılışı oldu. Orada "ASAN xidmət" təmsil olunur. "ASAN xidmət" yeni iş yeri deməkdir. Şuşada 21 nəfər gənc sırf "ASAN xidmət" əməkdaşı olacaq. Onlar Şuşaya köçürülmüş ailələrdən olacaqlar. Məşğulluğu artırılması baxımdan da faydalıdır. Şuşaya köçürüləcək vətəndaşların siyahısından gəncləri seçmişik. Həmin şuşalı gənclərə bir neçə ay öncədən digər "ASAN xidmət"lərdə lazımi təcrübədən keçirilir", - deyə fikrini tamamlayıb.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır - YENİLƏNİR + FOTO
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Hərbi xidmətə çağırışda yeniliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda tibb işçilərinin peşə bayramıdır
Maaşlar arta bilər?
"Euronews" televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb