İrevan Tv
CANLI TV

İdman
12 Avqust 2024
5

Azərbaycan boksçuları Avropa birinciliyində doqquz medal qazanıblar



 

Azərbaycan millisi Bosniya və Herseqovinanın Banya Luka şəhərində məktəbli qız və oğlan boksçular arasında keçirilən Avropa birinciliyini doqquz medalla başa vurub.


"Report" xəbər verir ki, boksçularımızdan Aysel Fərəcova (40 kq), Cəmilə Muradlı (48 kq), Səma Abbasova (60 kq) və Nurlan Müseyibli (60 kq) yarışda ikinci yeri tutublar.


Kəmalə Həsənova (51 kq), Şükar Əliyev (63 kq), Mehran Rəsulov (75 kq), Yusif Ağakişiyev (80 kq) və Uğur Həsənov (90 kq) isə birincilikdə bürünc medal qazanıblar.