ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”
Göygöldə cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunun püşkatma mərasimi keçirilib.
İrevantv.com idman.biz-ə istinadən xəbər verir ki, püşkatmada Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Kamran Talıbov, o cümlədən Avropa Cüdo Birliyinin (ACB) idman komissarı Albert Qmainer və ACB-nin hakim-komissarı Nano Karvalyo iştirak edib.
ACF-nin baş katibinin müavini Azərbaycanda cüdonun zəngin ənənələrə malik olduğunu, Avropa kubokunun artıq ikinci ildir Göygöldə keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Biz sevinirik ki, yarış Avropa təqviminə daxil edilib və yeniyetmə idmançılar belə yarışda öz bacarıqlarını artıra bilərlər”.
ACB-nin idman komissarı Albert Qmainer turnirin təşkilini yüksək qiymətləndirərək Azərbaycanın hər zaman böyük yarışlara ev sahibliyi etməklə məşhur olduğunu deyib. O, çıxışında Göygöldə keçirilən turnirdə yeni ulduzların parlaya biləcəyini vurğulayıb: “Göygöldə gələcək ulduzlar parlaya bilər”.
Hakim-komissar Nano Karvalyo Azərbaycan cüdoçularının həmişə yüksək ustalığı ilə seçildiklərini bildirib. O, cüdoçuların maraqlı mübarizə aparacağına əmin olduğunu qeyd edib. “Mən tatamidə çətin döyüş gözləyirəm. Bütün iştirakçılara uğurlar arzulayıram”.
Turnirdə 14 ölkədən 323 cüdoçu iştirak edəcək. Oğlanlar arasında 209, qızlar arasında isə 114 idmançı mübarizə aparacaq. Avropa kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf idmançılar iştirak edəcəklər.
Azərbaycan milli komandasının heyətində 140 cüdoçu (95 oğlan və 45 qız) yer alıb.
Qeyd edək ki, ötən il tatami sahibləri 7 qızıl, 5 gümüş və 9 bürünc medal qazanaraq ümumi hesabda birinci yeri tutublar. Türkiyə 2-ci (3-4-5), Gürcüstan (2-2-2) isə 3-cü pillədə qərarlaşıb.
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həs olunan tədbir keçirilib
"Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"
Dünyanın ən böyük 50 adası - SİYAHI
D vitamini orqanizmi xərçəngdən qoruyur - araşdırma
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi nümayiş olunur
Prezident İlham Əliyev yeni fərman imzaladı
Azərbaycan Premyer Liqasında yeni tura start veriləcək
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
UEFA-dan AVRO-2024 ilə bağlı yeni qərar