İrevan Tv
CANLI TV

İdman
12 Avqust 2024
1

Paris-2024: Olimpiadanın bağlanış mərasimində Ukrayna bayrağını azərbaycanlı daşıyacaq



 

Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Ukrayna bayrağını soydaşımız, güləşçi Pərviz Nəsibov daşıyacaq.


İrevan Tv "Sportarena"ya istinadən xəbər verir ki, Ukrayna millisinin bayrağını soydaşımızla yanaşı avarçəkmə üzrə medal qazanmış Lüdmila Luzan da daşıyacaq.


Xatırladaq ki, azərbaycanəsilli yunan-Roma güləşçisi Pərviz Nəsibov Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.