İrevan Tv
CANLI TV

Qərbi Azərbaycan / İrevantv
25 May 2024
8

"Bakıda vəzifədə yüzlərlə erməni var idi, amma Ermənistanda bizə imkan vermirdilər" - VİDEO



 

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.


"Ermənilər rus əsgərlərinin gözü qarşısında avtobusu gülləbaran edirdilər" adlı veriliş Loru mahalının Cəlaloğlu rayon sakini Allahverdi Yolçuyevin həyat hekayəsinə həsr olunub.


O, uşaqlıq, orta məktəb illərinin orada çox gözəl keçdiyini, ailədə dörd uşaq olduqlarını deyib:


"Biz ailədə dörd uşaq olmuşuq. O illəri xatırlayanda istər-istəməz beynimdə o dağlar, meşələr, çaylar canlanır. Mənim uşaqlıq xatirələrim ora ilə bağlıdır. Ermənilər bizi müxtəlif sözlərlə sancırdılar. Aprelin 24-də bizə deyirdilər ki, çölə çıxmayın, çox gəzməyin. Çünki onlar həmin gün sanki qudururdular".

Onun sözlərinə görə, 1969-cu ildə ailəsi Bakıya köçüb


"Orada bizə işləməyə imkan vermirdilər, sataşırdılar, şər atırdılar. Atam gördü ki, orada gələcək yoxdur. 1988-ci ildə isə bütün qohum-əqrəba didərgin düşdü. Maşında gələndə ermənilər xalamın oğlu və gəlinini gülləbaran edib öldürüblər. Azərbaycanlılara qarşı böyük vəhşilik olub. Rus əsgərlərinin gözünün qabağında ermənilər avtobusu gülləbaran ediblər və itkilər olub. Çubuxlu (Kuybışev) kəndində qadının başını kəsmişdilər".


A.Yolçuyev bildirib ki, yuxularında daima özünü orada təsəvvür edir:


"Oralar bizim yurdumuzdur. Ermənilər oraya Türkiyədən köçürülmüşdülər. İnanıram ki, Böyük Qayıdış olacaq və mənim kimi milyonlarla Qərbi azərbaycanlı o günü gözləyir. Əvvəl-axır hamımız gedəcəyik. Oralar bizim olacaq. Bütün Qərbi azərbaycanlılar öz tarixi ata-baba yurduna qayıdacaqlar. Babalarımın, əmilərimin, nənəmin, qohum-əqrəbalarımın qəbirləri oradadır. Mütləq qayıdacağıq".


Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.


Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.


Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.Oxuaz//


Ətraflı süjetdə: