İcma: "Avropa İttifaqını Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etməyə çağırırıq"
Avropa İttifaqını (Aİ) Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etməyə çağırırıq.
Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
Bildirilib ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel növbəti dəfə anti-Azərbaycan mövqe nümayiş etdirib:
"Jozep Borrel Avropa Parlamentinin deputatlarının sorğusunu cavablandırarkən Azərbaycanda ağır cinayət törətməkdə şübhəli bilinərək haqlarında həbs qətimkan tədbiri görülmüş bir qrup əli Azərbaycan xalqının qanına batmış separatçının azad edilməsini tələb edərək məhkəmənin işinə müdaxilə etməyə cəhd edib. Bundan əlavə, Aİ nümayəndəsi Azərbaycanın reinteqrasiya təklifini rədd edərək Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ barədə bir kəlimə də olsun danışmayıb. Bütün bunlar Jozep Borrelin qərəzini və ikili standartını nümayiş etdirir. Belə yanaşma Azərbaycan ictimaiyyətində Avropa İttifaqının imicinə ciddi xələl vurur.
Qərbi Azərbaycan İcması Avropa İttifaqını Azərbaycana qarşı qərəzli yanaşmasından imtina etməyə, sülh prosesinə mane olmamağa və Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını dəstəkləməyə çağırır", - bəyanatda vurğulanıb.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Qərbi Azərbaycan İcması bəyanat yaydı
Xronika: "Daşnaklar və revanşistlərin soydaşlarımıza hücum etməyəcəyinin zəmanəti yoxdur"
QAİ: "Niderland hökumətindən qərəzli addımlara son verməyi tələb edirik"
Qarabağda beynəlxalq hüququ təmin edən Ordumuz eyni təcrübəni Qərbi Azərbaycanda da tətbiq edə bilər-VİDEO
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Qərbi Azərbaycan Xronikası: "Nəslimizə "qolçomaq" damğası vurub sürgün ediblər"
Qərbi Azərbaycan İcmasından qovulmuş azərbaycanlılarla bağlı Ermənistana ÇAĞIRIŞ
Azərbaycanda saxlanılan erməni separatçıların həbs müddəti uzadılıb
Qərbi Azərbaycan Xronikası: "Göyçənin 30-dan çox kəndi 1837-ci ildə üsyana qalxıb"
Qərbi Azərbaycan Xronikası: Ermənistanın Gürcüstana və İrana qarşı ərazi iddiaları - VİDEO