Rusiyada yeni hökumətin strukturu məlum olub
Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən, yeni hökumətdə nazirliklərin sayı və adları dəyişməz olaraq qalıb.
Ümumilikdə Nazirlər Kabinetinin strukturuna 21 nazirlik daxildir. Onlardan beşi (Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi) birbaşa dövlət başçısına tabedir. Qalanlarının rəhbərləri baş nazirə hesabat verirlər.
Həmçinin prezidentə və ya müvafiq nazirliklərə tabe olan federal xidmətlərin adları da qorunub saxlanılıb. Yeganə dəyişiklik Rusiya Müdafiə Nazirliyinin yurisdiksiyasından birbaşa prezidentə tabe edilən Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin statusudur.
Ümumilikdə, indi federal orqanların strukturuna 17 agentlik və 29 xidmət daxildir.
Bununla yanaşı, yeni hökumətdə baş nazirin on müavini olacaq.
Mənbə: TASS
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
FHN-də silsilə maarifləndirmə tədbirləri keçirib
"Financial Times" Bakını populyar investisiya məkanı kimi qiymətləndirdi
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
Rusiya hərbçiləri Ermənistandakı bəzi məntəqələri tərk edəcəklər
Mədəniyyət Nazirliyi mədəniyyət mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edir