Bayden: "Trampa edilən sui-qəsd cəhdi bizim müdafiə etdiyimiz hər şeyə ziddir"
ABŞ prezidenti Co Bayden respublikaçı rəqibi Donald Trampa sui-qəsd cəhdini pisləyərək, xalqı birləşməyə çağırıb.
Oxu.Az NDTV-yə istinadən xəbər verir ki, Ağ Evdən verdiyi açıqlamada Bayden bazar günü axşam ABŞ xalqına birlik üçün müraciət edəcəyini bildirib.
Prezident həmçinin qeyd edib ki, o, Trampın Pensilvaniyadakı mitinqində baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılmasına göstəriş verib.
"ABŞ-də bu cür zorakılıq üçün yer yoxdur. Həyata qəsd millət olaraq müdafiə etdiyimiz hər bir şeyə ziddir... Biz kim olduğumuzu nümayiş etdirmək üçün bir araya gəlməliyik", - deyə Bayden bildirib.
O əlavə edib ki, şənbə günü baş verən hadisədən sonra Trampla qısa, lakin yaxşı söhbət edib.
Prezident əlavə edib ki, hücumun motivi hələlik məlum deyil və tələsik nəticə çıxarmamağa çağırıb.
Bayden vurğulayıb ki, o, Trampın davamlı təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün resurslar, imkanlar və qoruyucu tədbirləri təmin etmək üçün Məxfi Xidmətə müraciət edib".
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Prezident İlham Əliyev: "Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq"
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
Prezident İlham Əliyevin Misirə rəsmi səfəri yerli medianın diqqət mərkəzində olub