Möhübbət Süleymanov: "Üç yaşımda çıxdığım Laçına üç yaşında oğlumla qayıdıram"
"Üç yaşımda çıxdığım Laçına üç yaşında oğlumla qayıdıram".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Möhübbət Valeh oğlu Süleymanov deyib.
O qeyd edib ki, ailəsi hər zaman ona Laçın barədə danışıb:
"Mənim Laçından çıxarkən üç yaşım vardı. İşğal mənim Laçınlı həyatımı dondurdu. Üç yaşından məcburi köçkün həyatı yaşadım. Abşeron rayonu Pirəkəşkül kəndində, hərbi şəhərcikdə çətin həyat yaşamışıq.
Bu gün isə doğma yurduma qayıdıram. Yaşım az olduğu üçün xatırlamıram, amma ailəm mənə Laçınla bağlı o qədər danışıb ki, sanki illərlə orada yaşamışam. Hər qarışı mənə doğmadır. İtirdiyimiz 32 ili bundan sonra bərpa edəcəyik, qurub-yaradacağıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə yola salınır. Bu mərhələdə daha 21 ailə (65 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 534 ailənin (1 971 nəfərin) daimi məskunlaşması təmin edilib.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Laçın sakini: "Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün öz torpağımıza dönürük"
Şuşa sakini: "Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək"
Şuşaya qayıdan sakin: "Bu gündən bizim üzərimizdən məcburi köçkün adı götürülür"
Gülnarə Məmmədova: "Şuşadan çıxanda uşaq idik, indi anlayırıq ki, Azərbaycan dövləti tarix yazır"
İlham Əliyev bəzi şəxsləri təltif etdi
Xocalıya qayıdan sakin: "Belə gözəl sonluğu heç vaxt düşünməmişdim"
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Şuşa şəhərinə yola salındı
Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Şuşa şəhərinə yola düşdü - VİDEO