İrevan Tv
CANLI TV

Siyasət
28 İyun 2024
0

Laçın sakini: "Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün öz torpağımıza dönürük"



 

"Ailəmlə çıxdığım yurduma tək oğlumla qayıdıram".


Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Nəcibə Rəhimova deyib.


O qeyd edib ki, həmişə içində bir ümidlə yaşayıb ki, Laçın şəhəri işğaldan azad ediləcək:


"Laçın yolu yaşadığımız ərazidən keçdiyinə görə həmişə sıxıntı keçirirdik ki, öz doğma yurdumuza qayıda bilməyəcik. Amma ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün öz torpağımıza dönürük.


Bakıda 8-ci mikrorayonda köçkünlük həyatı yaşamışıq. Çox çətinliklər görmüşük, amma çox şükür ki, o günlər keçmişdə qaldı.


Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"


Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə yola salınır. Bu mərhələdə daha 21 ailə (65 nəfər) öz doğma yurduna köçürülür.


Xatırladaq ki, indiyədək Laçın şəhərində 534 ailənin (1971 nəfərin) daimi məskunlaşması təmin edilib.