İlham Əliyevin tapşırığına uyğun olaraq FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə yola salındı
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə kömək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb.
"Report" xəbər verir ki, amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri başa çatıb.
Eyni zamanda, FHN-in müvafiq yanğın-xilasetmə qüvvələri də hazırlıq vəziyyətinə gətirilib.
Qeyd edək ki, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə kömək məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu bildirilib. Lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olunub
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Azərbaycanda tibb işçilərinin peşə bayramıdır
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Yeni təyyarədən hansı əməliyyatlarda istifadə olunacaq?
Azərbaycan Polisi 106 yaşında
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub