İrevan Tv
CANLI TV

Siyasət / İrevantv
27 İyun 2024
5

Yeni təyyarədən hansı əməliyyatlarda istifadə olunacaq?



 

"Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalına "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin daxil edilməsi əlamətdar hadisədir".


Bu sözləri Baku TV-yə müsahibəsində hərbi ekspert Azər Bayramov deyib.


 

O bildirib ki, təyyarənin taktiki-texniki xüsusiyyətlərinin üstünlükləri əməliyyatlarda, xilasetmə işlərində, mülkü-müdafiə, həmçinin şəxsiyyətin daşınmasında böyük rol oynayacaq:


"C-27J Spartan"nın çətin relyefli ərazilərdə, təkcə hava limanlarından deyil, eyni zamanda bərkidilmiş torpaq üzərindən də qalxıb-eniş etməsi onun üstünlüklərindən sayılır".


Qeyd edək ki, İyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.


Ətraflı süjetdə: