Yeni təyin olunmuş hakimlər and içdilər - FOTO
Bu gün Ali Məhkəmənin Plenumunun növbəti iclasında Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla birinci instansiya məhkəmələrinə təyinat alan 27 hakimin andiçmə mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.
Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.
Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO
Bu şəxslərə 1000 manat yardım verildi
Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür
ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”
Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb
FHN-də silsilə maarifləndirmə tədbirləri keçirib