İrevan Tv
CANLI TV

Siyasət
31 May 2024
4

İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib



 

İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilib.


"Report" xəbər verir ki, nazirlər müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıblar və Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məqsədləri bölüşüblər.


Bundan başqa, regional və qlobal səviyyədə ölkələrimizin mövqelərini daha da möhkəmləndirən çoxtərəfli əməkdaşlıq gündəmdə əsas yer tutub.