İrevan Tv
CANLI TV

Siyasət
01 İyun 2024
3

Vyetnam prezidenti İlham Əliyevi təbrik edib



 

Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Prezident.az-ın xəbərinə görə, məktubda deyilir:


"Zati-aliləri, icazə verin, Vyetnam dövləti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına milli bayramınız - Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırım.


Dost Azərbaycanın Sizin rəhbərliyinizlə ölkə həyatının bütün sahələrində və beynəlxalq arenada əldə etdiyi uğurları diqqətlə izləyir və buna çox sevinirik.


Qürur hissi ilə qeyd edirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq uzun illər ərzində möhkəmlənir və inkişaf edir. Qəti əminəm ki, tarixi münasibətlərə əsaslanan Vyetnam-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın tərəqqisi, bütün dünyada sülh və inkişaf naminə gələcəkdə də genişlənəcək.


Azərbaycana daha sürətli inkişaf, xalqınıza isə xoşbəxtlik arzulayıram.


Cənab Prezident, Sizə möhkəm cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm".