Əli Əsədov: "Ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan üçün prioritetdir"
Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə keçirilən "Avrasiya İqtisadi İttifaqının Ərzaq Təhlükəsizliyi" mövzusunda plenar iclasında qonaq qismində iştirak edib.
"Report" xəbər verir ki, plenar iclasda çıxış edən Ə.Əsədov iştirakçıların diqqətini ərzaq təhlükəsizliyinin vacibliyinə yönəldib.
Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi cəmiyyətin sağlamlığının, rifahının və dayanıqlı inkişafının təmin edilməsində mühüm rol oynayır, ölkənin iqtisadi və sosial sabitliyi ilə bilavasitə bağlıdır, eyni zamanda, milli təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir:
Baş nazir qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın dövlət iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib.
Ə.Əsədov vurğulayıb ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi üç faiz artıb:
"Eyni zamanda, heyvandarlıq məhsullarında artım 3,2 faiz, bitkiçilikdə isə 2,7 faiz olub. Müsbət tendensiya bu il də davam edir. İlk dörd ayda kənd təsərrüfatı məhsulları istehsalı 1,6 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,5 faiz artıb".
Vurğulanıb ki, dəstək tədbirləri sayəsində ölkənin bir sıra ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, kartof, yumurta, ət və süd məhsulları ilə özünütəminetmə səviyyəsi 80 faizi ötüb.
Baş nazir ötən ilin sonunda Azərbaycanın qeyri-neft və qaz ixracının təxminən 10 faiz artdığını qeyd edib.
İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə mənfi təsirinə toxunan Ə.Əsədov Azərbaycanın iqlim dəyişikliyi ilə qlobal mübarizəyə verdiyi töhfələr barədə plenar iclas iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, bu il COP29-un Azərbaycanda keçirilməsi ölkənin bu istiqamətdə strategiyasının tərkib hissəsidir.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
İlham Əliyevdən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskdə səfərdədir
Hərbçilərin əmək pensiyasına buraxılması ilə bağlı YENİLİKLƏR GÖZLƏNİLİR
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Maaşlar arta bilər?