İlham Əliyevə İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan hərbi təyyarə təqdim edilib
İyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, "Leonardo" şirkətinin prezidenti Stefano Pontekorvo iştirak ediblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlətimizin başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, istismarı və digər göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir.
"C-27J Spartan" tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Türkiyəli general Azərbaycanda Quru Qoşunların qərargahına getdi- VİDEO
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur
Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya rəsmi səfəri başlayıb
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Prezident İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub