BDYPİ yol hərəkəti iştirakçılarına müraciət etdi
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Oxu.Az BDYPİ-nin müraciətini təqdim edir:
"Hazırda havanın temperaturunun mövsümə uyğun olaraq artması, istər avtonəqliyyat vasitələrinin istismarına, istərsə də sürücülərin özlərinin səhhətinə təsirsiz ötüşmür.
Mütəxəssislərin də qeyd etdiyi kimi, havanın yüksək temperaturu insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır ki, bu da öz növbəsində uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.
Qeyd edilənləri nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə, yol boyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırır.
Sərnişinlərə isə isti havalarda sürücünün əhval-ruhiyyəsinə diqqət yetirmələri, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss etdikdə hərəkətin dayandırılmasına çalışmaları tövsiyə olunur", - deyə idarədən bildirilib.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Yuxunun hansı mərhələsi stresin qarşısını alır?
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ
"Maşınları saxlayıb, şüşələri qaldırın" - Hava XƏBƏRDARLIĞI
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - VIDEO
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA