İtaliya səfirindən vizaların verilməsində gecikmələrlə bağlı AÇIQLAMA
"İtaliya səfirliyi vizaların verilməsində gecikmələrin olmasından xəbərdardır".
"Report" xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko jurnalistlərin sualını şərh edərkən deyib.
"Biz bu məsələdən xəbərdarıq və bunun üzərində həm Romada, həm də burada bərabər şəkildə işləyirik. Ən yaxşı həll yolu axtarmaq üçün məsələnin mahiyyətini öyrənirik", - diplomat jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycandan İtaliyaya viza almaq üçün müraciətlərin sayının artması sevindiricidir, çünki bu, ölkəyə artan marağın göstəricisidir.
"Lakin biz həm də vizanı gözləməyə çox vaxt sərf olunmasından narazıyıq. Lakin bu, milli səviyyədə deyil, Avropa İttifaqının standartlarıdır və biz heç nə edə bilmərik", - səfir bildirib.
Prezident İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Zelenskinin səlahiyyət müddəti başa çatır: Ukraynanı yeni böhran gözləyir?
Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər - FOTO
Heydər Əliyev Mərkəzində "Görünməyənin cizgiləri" sərgisi açılıb
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi
Hikmət Hacıyev Türkiyə səfiri ilə müttəfiqlik əlaqələrini və regiondakı vəziyyəti müzakirə etdi
İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Qırğızıstan Azərbaycana yeni səfir təyin edib
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər