İşğaldan azad olunan Füzulidə hansı quruculuq işləri aparılıb?
"Aparılan əsas işlərdən biri mina təmizlənməsi əməliyyatıdır".
Oxu.Az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə Füzulidə media nümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.
"822 ailə artıq işğaldan azad olunmuş Füzuli şəhərinə qayıdıb. Onların sevincini sosial şəbəkələrdəki videolardan da görə bilərsiniz. Bundan sonra baza strukturunun qurulması işləri aparılır. Əlavə olaraq, şəhər işıq, su və qazla tam təmin olunub", - o qeyd edib.
Nümayəndəlik rəsmisi bildirib ki, köçən əhalinin əmək qabiliyyəti detallı təhlil edilir və onlar məskunlaşdıqları ərazidə müvafiq vakansiyalar üzrə işlə təmin olunurlar:
"Onlar həm dövlət, həm özəl müəssisələrdə işləyə, eyni zamanda fərdi sahibkar ola bilərlər. 1300 kvadratmetrdən çox qeyri-yaşayış ərazisi Füzuli sakinlərinə verilib. 110 sakinin müraciətinə baxırıq. Onlar da yaxında qeyri-yaşayış sahələri ilə təmin olunacaqlar. Ərazidə sənaye zonası da var. Bitdikdən sonra sahibkarlar orada öz işlərini qura biləcəklər".
Ü.İsazadə görüləcək işlər barədə də məlumat verib. Bundan başqa bildirib ki, Füzulidə ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi davam etdirilir:
"Ərazidə qardaş ölkə Özbəkistanın tikdirdiyi 960 yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, 600 yerlik uşaq yaradıcılıq mərkəzi yerləşir, 240 yerlik bağça tikilir, 180 yerlik xəstəxana isə tikiləcək. Tikilmiş 38 binanın yanında park da yerləşir. Əlavə olaraq, böyük mərkəzi park da tikiləcək. Birinci yaşayış məhəlləsindən əlavə, ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi də davam etdirilir. 6 kəndin təməli qoyulub. Dövlətyarlı kəndinin torpaq tikinti işləri bitib. İlkin mərhələdə 450 evin tikintisi nəzərdə tutulub. Dədəli kəndində də torpaq işlərinin yaxın zamanda başlanılması nəzərdə tutulur".
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar
Deputat: "Dövlət hesabına yeni iş yerləri açılacaq"
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür
Azərbaycanda tibb işçilərinin peşə bayramıdır
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Hərbi xidmətə çağırışda yeniliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Hərbçilərin əmək pensiyasına buraxılması ilə bağlı YENİLİKLƏR GÖZLƏNİLİR
Mədəniyyət Nazirliyi mədəniyyət mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan edir