İrevan Tv
CANLI TV

İdman
20 İyul 2024
0

Bu gün basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsinə start veriləcək



 

Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsinə start veriləcək.


Oxu.Az xəbər verir ki, turnirdə səkkiz kollektiv iki qrupda çıxış edəcək.


A qrupunda Azərbaycan təmsilçisi "Baku Flames", Avstraliya, Niderland və Çinin U-24 milliləri mübarizə aparacaqlar.


B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və "Düsseldorf Zoos" klubu yer alıb.


Qeyd edək ki, görüşlər iyulun 20-21-də keçiriləcək. Quba mərhələsinin açılış oyunu saat 16:30-da "Baku Flames" klubu ilə Niderland millisi arasında baş tutacaq.