İrevan Tv
CANLI TV

İdman
04 İyun 2024
0

Avropa çempionatı: Azərbaycan millisi seçmə mərhələdə Türkiyə yığmasını qəbul edəcək



 

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.


Oxu.Az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının I qrupunda Türkiyə kollektivini qəbul edəcək.


"Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.


Komandamız mayın 31-də bu rəqibə minimal hesabla uduzub - 0:1.


Milli üç turdan sonra 1 xalla qrupda sonuncudur. Qardaş ölkə təmsilçisi isə altı xalla ikincidir.


Qeyd edək ki, AVRO-2025-in final mərhələsi İsveçrədə baş tutacaq.