İrevan Tv
CANLI TV

İdman
12 Avqust 2024
3

Paris-2024: Azərbaycan güləşçisi Maqomedxan Maqomedov bürünc medal qazanıb



 

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.


97 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib.


Görüş təmsilçimizin 8:0 qələbəsi ilə yekunlaşıb. Bununla da M.Maqomedov ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.


Qeyd edək ki, bununla da Paris-2024-də yer alan idmançılarımızın çıxışları başa çatıb.