İrevan Tv
CANLI TV

İdman
04 İyun 2024
3

Azərbaycan millisi bu gün Avropa çempionatında Fransa ilə qarşılaşacaq



 

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün növbəti matçını keçirəcək.


Oxu.Az xəbər verir ki, millimiz qrup mərhələsinin üçüncü turunda Fransa ilə qarşılaşacaq.


Matçın start fiti saat 19:00-da səsləndiriləcək.


Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib. Hazırda komanda 6 xalla liderdir.


 Fransa 4 xalla ikinci, İtaliya 3 xalla üçüncü, Belçika 1 xalla sonuncu pillədə qərarlaşıb.