Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar.
İrevantv.com Trend-ə istinadən bildirir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə çoxnövçülük proqramında ilk 3 yeri tutan qrup hərəkətləri üzrə komandalara medal və hədiyyələrlə yanaşı, pul mükafatı da təqdim olunub.
Bu növdə İsrail yığması birinci, İtaliya millisi ikinci pillədə qərarlaşıb. Azərbaycanı təmsil edən Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv isə bürünc medalın sahibi olub.
Birinci yerin sahibinə 5000, ikinci yeri tutana 3500, üçüncü pillədə qərarlaşan komandaya isə 2500 avro verilib.
Qaliblərə mükafatları Avropa Gimnastikasının Texniki Komitəsinin prezidenti Evangeliya Trikomiti, Avropa Gimnastikasının Texniki Komitəsinin vitse-prezidenti Yelena Aliprandi və eyni qurumun üzvü Yevgeniya Vilyayeva təqdim ediblər.
Qeyd edək ki, Avropa Kubokunun ümumi mükafat məbləği 40000 avrodur. Mayın 5-nə kimi davam edəcək yarışlarda 37 ölkədən ümumilikdə 160 gimnast iştirak edir.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”
İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həs olunan tədbir keçirilib
UEFA-dan AVRO-2024 ilə bağlı yeni qərar
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi nümayiş olunur
Azərbaycan milli mətbəxi Türkmənistanda nümayiş edilib
Neftçilərə yeni mənzillər təqdim edildi
Dünyanın ən böyük 50 adası - SİYAHI
Kibertəhlükələrin düşməni "sandbox" sistemi
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Premyer Liqa: “Liverpul”a çempionluq yolunda daha bir zərbə