Qərbi Azərbaycan Xronikası: "Ağlıma gətirə bilməzdim ki, bir daha kəndimə qayıtmayacağam"
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"1988-ci ildə hərbi xidmətə getdim, ağlıma gətirə bilməzdim ki, bir daha kəndimə qayıtmayacağam" adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kənd sakini Mövsüm Aslanovun həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq və kənd həyatından söz açıb, rəhmətlik nənəsi ilə yaylaqları, dağları gəzdiyini söyləyib:
"Biz kitablardan oxuduğumuz, deyimlərdən eşitdiyimiz cənnəti orada gördük. Uşaqlığım dağların qoynunda, yamaclarda keçib. Göyçənin yayı gözəl, qışı sərt keçərdi. Soyuq qış günlərində həmişə kömür sobası yandırardıq. Rəhmətlik babam və nənəm həmişə bizə keçdikləri ömür tarixçəsindən, erməni vəhşiliyindən danışardılar".
Onun sözlərinə görə, 1905-1907-ci illərdə babasının atası Göyçədən ermənilər tərəfindən didərgin salınıb:
"Sovet hakimiyyəti qurulandan sonra onlar yenidən Göyçəyə qayıdıblar. Çar Rusiyası zamanı ermənilər kəndə basqın ediblər. O zaman kəndin yaşlı insanları yaba, dırmıq ilə kəndi, qadınları, uşaqları ermənilərdən müdafiə ediblər. Babamın anası o vaxt iki oğlunu səbətin içində boranda, qarda məcburiyyət qarşısında ovalıq yerdə qoyub gedib. Sonra arxadan gələn kişilər həmin uşaqların ağlamaq səsini eşidib onları xilas ediblər".
Nərimanlı sakini bildirib ki, onlar 1988-ci ildə yenidən Göyçə mahalından didərgin düşüblər:
"Mən 1988-ci ilin iyun ayının 13-də əsgəriyə getdim. Heç ağlıma belə gətirə bilməzdim ki, bir daha bu yerlərə, doğulub, boya-başa çatdığım bu cənnət məkana, atalarımızın, babalarımızın bizlərə ərməğan qoyub getdiyi bu gözəl yerlərə bir daha dönə bilməyəcəyəm. Həmən ilin noyabr ayında artıq ermənilər bütün Qərbi Azərbaycanın müxtəlif şəhərlərində, rayonlarında olduğu kimi, Göyçə mahalından da 100 minlərlə soydaşımızı zorla deportasiya etdilər".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə: oxuaz//
Qərbi Azərbaycan Xronikası: "Ermənilər Əmirxeyirdə vəhşiliklər törədiblər"
"Bakıda vəzifədə yüzlərlə erməni var idi, amma Ermənistanda bizə imkan vermirdilər" - VİDEO
Qərbi Azərbaycan Xronikası: "Erməni nazir dedi ki, yaxşı işi sizə yox, özümüzünkülərə verərəm"
Qərbi Azərbaycan Xronikası: "Göyçənin 30-dan çox kəndi 1837-ci ildə üsyana qalxıb"
Qərbi Azərbaycan Xronikası: "Nəslimizə "qolçomaq" damğası vurub sürgün ediblər"
Qərbi Azərbaycan Xronikası: "Göyçə mahalı aşıq sənətinin beşiyi sayılır"
Qərbi Azərbaycan Xronikası: Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu
Qərbi Azərbaycan Xronikası: Şah İsmayılın verdiyi sənəd Çaxırlı kəndində təsdiqlənib - VİDEO
Qərbi Azərbaycan Xronikası: Ermənilər Üçkilsəni necə Eçmiədzin etdilər?
Qərbi Azərbaycan Xronikası: Qabaqcıl azərbaycanlıları şərləyir, terrora, sui-qəsdə məruz qoyurdular
Qərbi Azərbaycan Xronikası: "İrəvan xanlığı və onu idarə edənlər güclərini xalqdan alırdılar"
Yunis Rzayevin anadan olmasının 100 illiyi qeyd olunacaq