İrevan Tv
CANLI TV

Dünya
19 May 2024
6

Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir - FOTO



 

Türkiyədə 19 may Atatürkü Anma, Gənclik və İdman Günü geniş qeyd olunur.


AZƏRTAC xəbər verir ki, Türkiyənin hər yerində və ölkənin xaricdəki diplomatik nümayəndəliklərində bayram tədbirləri və yürüşlər təşkil olunub.


Ölkənin gənclər və idman naziri Türkiyənin hər yerindən uşaq və yeniyetmələrin müşayiəti ilə Osman Aşkın Bak cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.


Yaranmış ənənəyə görə, yüksək vəzifəli məmurlar işlərini müvəqqəti olaraq uşaqlara təhvil verir və bununla da dövlətin gələcək nəsillərinə verdiyi önəmi vurğulayırlar.


Bayramla əlaqədar Boğaziçi sahillərində yelkənli reqata təşkil olunub, Kapadokya turizm bölgəsi üzərində Türkiyə bayraqları olan onlarla şar səmaya qalxıb.


Qeyd edək ki, 1919-cu il mayın 19-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Samsun şəhərində gənclər qarşısında məşhur nitqini söyləyərək ölkə ərazisinin bir hissəsini zəbt etmiş işğalçılara qarşı mübarizənin başladığını elan edib. Bu müraciət Türkiyə Cümhuriyyətinin yaranmasına damğasını vuran milli qurtuluş savaşının əsasını təşkil edib.