İrevan Tv
CANLI TV

Dünya
22 May 2024
3

Paşinyan əsasında delimitasiya aparılacaq xəritəni parlamentdə nümayiş etdirib



 

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı 1976-cı ilin xəritəsini nümayiş etdirib.


Məlumata görə, həmin xəritə əsasında Ermənistanın Tavuş rayonunda delimitasiya aparılır.


Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb.


Mənbə: Sputnik Ermənistan