İrevan Tv
CANLI TV

Dünya
15 İyul 2024
2

Zaxarova: "Putinə sui-qəsd ABŞ-nin pulu ilə hazırlanıb"



 

"Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun barəsində danışdığı Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd ABŞ pulu ilə hazırlanıb".


Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.


Qeyd edək ki, bir müddət öncə Budanov Rusiya liderinə sui-qəsd cəhdlərindən danışıb. Buna cavab olaraq dövlət başçısının mətbuat katibi Dmitri Peskov Putinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunduğunu bildirib.