İrevan Tv
CANLI TV

Maraqlı
15 İyun 2024
0

Əhval-ruhiyyəni yaxşılaşdıran qidalar hansılardır?



 

"Tərkibində şəkər, duz və yağ olduğuna görə istənilən şirniyyat insanın psixo-emosional vəziyyətini yaxşılaşdırır".


Bunu rusiyalı diyetoloq Mixail Ginzburg bədəndə sevinc hormonunu artıraraq əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edən qida qruplarını sadalayarkən deyib.


Mütəxəssis qeyd edib ki, həmçinin giləmeyvələr də əhval-ruhiyyəyə müsbət təsir göstərir. Onlar qan damarlarının vəziyyətinə faydalı təsir göstərir və orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır.


Bundan əlavə, Ginzburqun sözlərinə görə, qoz-fındıqların tərkibində narahatlıq hissini nəzarət altında saxlamağa kömək edən çoxlu miqdarda omeqa-3 yağ turşuları var, qurudulmuş meyvələrdə isə çoxlu miqdarda flavonoid var.


Diyetoloq əlavə edib ki, ədviyyatlar və kakao da həmçinin dofamin istehsalını stimullaşdırır.


Mənbə: pravda.ru