İrevan Tv
CANLI TV

Siyasət
22 May 2024
6

Əli Əsədov və Ceyhun Bayramov Tehranda



 

Azərbaycanın Baş naziri Əli Əsədov və xarici işlər naziri Ceyhun Bayramov mayın 19-da helikopter qəzasında həyatını itirən İran prezidenti və digər dövlət rəsmilərinin vida mərasiminə qatılmaq məqsədi ilə Tehrana səfər ediblər.


Azərbaycan rəsmilərini Tehran aeroportunda İran rəsmiləri qarşılayıblar.


Qeyd edək ki, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və onları müşayiət edən digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən olan dövlət xadimləri Tehranda keçirilən rəsmi anım mərasiminə qatılacaqlar.


Mənbə: Snn.ir


09:48

Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.


Bu barədə Nazirlər Kabineti məlumat yayıb.


Bildirilib ki, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.


Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.