Prezidentin köməkçisi Anar Ələkbərov Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşüb
Ankarada səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Əminə Ərdoğan "X" sosial şəbəkəsindəki rəsmi hesabında görüşlə bağlı paylaşım edib.
Paylaşımda qeyd edilib ki, görüşdə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb, tədbirə dair əməkdaşlıq sahələri dəyərləndirilib.
Türkiyənin birinci xanımı bütün dünya liderlərini iqlim mövzusunda birləşdirəcək bu əhəmiyyətli tədbirə Azərbaycanın ev sahibliyi edəcəyinin verdiyi sevinc hissini bir daha dilə gətirib.
Əminə Ərdoğanın paylaşımında "Türkiyə olaraq daim qardaş ölkəmiz Azərbaycanın yanındayıq", - deyə bildirilib.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Ceyhun Bayramov Belarusun xarici işlər naziri ilə görüşüb
İlham Əliyevdən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Leyla Əliyeva BMT-nin İsveçrədəki ofisində görüşlər keçirib
Almaniyada Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı müvafiq sənədlər imzalanıb
Elçin Əmirbəyov BMT baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib
İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb