Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpası məsələsinə toxunulub
Ankarada “Qərbi Azərbaycanın mədəni irsi beynəlxalq səviyyədə” mövzusunda Türkiyə-Azərbaycan Forumu keçirilib.
İrevantv.com Azertac-a istinadən xəbər verir ki, Türkiyənin İnternet Media Strukturları (TİMBİR), Azərbaycan-Türkiyə Qadınlar Birliyi və digər qurumların təşkilati dəstəyi ilə Ankara Şəhər Şurasının binasında keçirilən tədbirdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Mətbuat Şurasının və Ankara Şəhər Şurasının nümayəndələri, TRT telekanalının təmsilçiləri, ölkə universitetlərinin alim və müəllimləri iştirak ediblər.
Forumun iştirakçıları Qərbi Azərbaycanda azərbaycanlıların öz ata-baba yurdlarına qaytarılması ilə tarixi ədalətin bərpasının vacibliyini vurğulayıblar.
TİMBİR-in sədri Süleyman Başa çıxışında Azərbaycan və Türkiyə ilə bağlı dezinformasiya axınının qarşısının alınmasında mətbuatın roluna toxunub və media sahəsində sıx əməkdaşlığa çağırıb. “Media strukturları sayəsində dünya ictimaiyyəti regionun reallıqları və tarixi haqqında hərtərəfli məlumatlandırılır. Yalanların ermənilərə faydası yoxdur. Əminəm ki, media həmrəyliyi xalqlarımızı daha da yaxınlaşdıracaq və cəmiyyətlərimizi gücləndirəcək”, - deyə S.Basa bildirib.
Ankara Şəhər Şurasının sədri Halil İbrahim Yılmaz Qərbi Azərbaycan irsini türk xalqlarının mədəniyyətinin mühüm tərkib hissəsi adlandırıb.
Tədbir iştirakçıları Azərbaycanın Vətən müharibəsində Qələbəsi sayəsində formalaşmış regional reallıqlar fonunda Ankara ilə Bakı arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Qərbi Azərbaycanda azərbaycanlıların öz doğma yurdlarına ləyaqətlə qayıtmasının təmin edilməsi və tarixi ədalətin bərpasının zəruriliyi qeyd edilib.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlər üçün ən aktual məsələ olmalıdır
İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həs olunan tədbir keçirilib
ABŞ-dan Azərbaycanla bağlı yeni bəyanat
Azərbaycan milli mətbəxi Türkmənistanda nümayiş edilib
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi nümayiş olunur
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” adlı tədbir baş tutacaq
Neftçilərə yeni mənzillər təqdim edildi
ACB-nin idman komissarı: “Göygöldə gələcək ulduzlar parlaya bilər”
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür