BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlər üçün ən aktual məsələ olmalıdır
“Mətbuat planet üçün: Jurnalistika ekoloji böhran qarşısında”. Bu il Ümumdünya Mətbuat Azadlığı Günü məhz bu mövunu əhatə edib və hazırkı qlobal ekoloji böhran kontekstində jurnalistika və ifadə azadlığının əhəmiyyətinə toxunulub.
İrevantv.com AZƏRTAC-a istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin media nümayəndələri ilə görüşündə qlobal ekoloji böhranın bütün aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, iqlim böhranının nəticələri haqqında məlumatlı olmaq demokratik cəmiyyətlər qurmaq üçün vacibdir və jurnalist fəaliyyəti bu sahədə vazkeçilməz amildir.
BMT vurğulayır ki, jurnalistlər təchizat zəncirləri problemləri, iqlim miqrasiyası, hasilat sənayesi, qeyri-qanuni mədənçilik, çirklənmə, brakonyerlik, heyvan alveri, meşələrin qırılması və ya iqlim dəyişikliyi kimi müasir problemlərə dair məlumat axtarmaq və yaymaqda ciddi çətinliklərlə üzləşir. Bu məsələlərin geniş ictimaiyyətə çatdırılmasının təmin edilməsi bütün dünyada sülhün və demokratik dəyərlərin təşviqi üçün çox mühümdür.
Dünyanın üçqat planet böhranı - iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və havanın çirklənməsi kontekstində dezinformasiya kampaniyaları biliklərə və elmi tədqiqat metodlarına meydan oxuyur. Elmin etibarlı arqumentlərinə edilən hücumlar plüralist və məlumatlı ictimai müzakirələrə ciddi təhlükə yaradır. Həqiqətən, iqlim dəyişikliyi ilə bağlı yanlış məlumatlar bəzi hallarda onların həlli istiqamətində beynəlxalq səylərə xələl gətirə bilər.
BMT mütəxəssisləri bildirirlər ki, ətraf mühit problemləri ilə bağlı dezinformasiya iqlim dəyişikliyi, effektiv siyasət və ekoloji böhrandan təsirlənən həssas icmaların, eləcə də qadınların və qızların müdafiəsi üçün ictimai və siyasi dəstəyin yox olması ilə nəticələnə bilər, eyni zamanda, bərabərsizliyi daha da artıracaq. Davamlı inkişafa nail olmaq üçün jurnalistlərin ekoloji problemlər və onların nəticələri, habelə mümkün həll yolları haqqında dəqiq, vaxtında və hərtərəfli məlumat verməsi zəruridir.
Təşkilat qeyd edib ki, bu fəaliyyət aşağıdakı istiqamətləri əhatə edən hərtərəfli strategiya tələb edir: Jurnalistlərə qarşı törədilən cinayətlərin qarşısının alınması və onların müdafiəsi, jurnalistika vasitəsilə dezinformasiyaya qarşı mübarizə ilə yanaşı, ifadə azadlığı, elmi araşdırma azadlığı və əsas məlumat mənbələrinə çıxış hüquqlarının təmin edilməsi, medianın, xüsusilə regional, yerli mətbuatın çoxluğunu, müxtəlifliyini və həyat qabiliyyətini təşviq etmək.
BMT vurğulayır ki, rəqəmsal platformaların idarə edilməsi UNESCO-nun Rəqəmsal Platformaların İdarə Edilməsi üzrə Təlimatlarında göstərildiyi qaydada həyata keçirilməli, texnoloji şirkətlərin şəffaflığı, onların hesabatlılığı, istifadəçi səlahiyyətlərinin artırılması və beynəlxalq insan hüquqları standartlarına əsaslanan məzmunun moderasiyası və kurasiyası təmin olunmalıdır.
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunan xüsusi sərgi açılıb
ABŞ-dan Azərbaycanla bağlı yeni bəyanat
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
Ədviyyatlı yemək yedikdə bədənimizdə nə baş verir?
Neftçilərə yeni mənzillər təqdim edildi
İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həs olunan tədbir keçirilib