Ermənilər qorxurlar: "Artıq bizim kənddən Azərbaycan sərhədçiləri və bayrağı görünür"
"İki gündən sonra Ermənistan və Azərbaycanın demarkasiya komissiyalarının razılığına əsasən, Tavuş rayonunun Kirants kəndindəki körpü Azərbaycanın nəzarətinə keçəcək".
Bu barədə Ermənistan mediasına kənd sakini Karen Qazaryan deyib. Onun sözlərinə görə, paralel olaraq, Kirants-Açarkut avtomobil yolunun yenidən qurulması da başa çatacaq.
"Məndə olan məlumata görə, körpüdən kəndin yaşayış binalarına qədər divar çəkiləcək ki, sakinlər düşməni görməsin. Divarın hündürlüyü 3 metr olacaq. Artıq kənddən Azərbaycan bayrağı və sərhədçiləri görünür, hətta onların geyiminin rəngini də görmək olar", - deyə kənd sakini söyləyib.
Qazaryan onu da bildirib ki, əhali demarkasiya ilə razılaşmır və ona görə də vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, Azərbaycanın nəzarətinə keçəcək olan körpü Ermənistanla Gürcüstanı birləşdirən körpüdür. Ermənistan rəsmilərinin məlumatına görə, artıq alternativ yolun tikintisi başa çatmaqdadır.
Xatırladaq ki, Erməni mediası Azərbaycanın nəzarətinə körpüdən başqa Kirants kəndindən iki ev və 50-yə yaxın torpaq sahələrinin keçəcəyini yazmışdı.
Mənbə: Ermənistan KİV
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası nə zaman yekunlaşacaq?
Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı son yenilikləri rusiyalı ekspert açıqladı - Müsahibə
Xankəndi-Şuşa-Laçın avtomobil yolunda son vəziyyət
Qərbi Azərbaycan Xronikası: "Ermənilər Əmirxeyirdə vəhşiliklər törədiblər"
Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO
Qərbi Azərbaycan Xronikası: "Ağlıma gətirə bilməzdim ki, bir daha kəndimə qayıtmayacağam"
Qərbi Azərbaycan Xronikası: "Erməni nazir dedi ki, yaxşı işi sizə yox, özümüzünkülərə verərəm"
Qərbi Azərbaycan Xronikası: "Göyçənin 30-dan çox kəndi 1837-ci ildə üsyana qalxıb"