İrevan Tv
CANLI TV

Cəmiyyət
08 May 2024
3

Azərbaycanda bank kartlarının fəaliyyətində problem yaranıb? - RƏSMİ AÇIQLAMA



 

“Azərikard” Prosessinq Mərkəzində yaranan çətinliklərlə bağlı xəbər saytlarında yayılan məlumatlar həqiqəti əks etdirmir.


Bu barədə Oxu.Az-a “Azərikard” Prosessinq Mərkəzindən məlumat verilib.


Bildirilib ki, mərkəzin bütün xidmətləri tam olaraq fəaliyyət göstərir və gün ərzində heç bir texniki çətinliklər müşahidə edilməyib.


16:06

Azərbaycanda bank kartlarında problem yaranıb.


Bu barədə sosial şəbəkələrdə çoxlu paylaşım yer alıb.


Pravda.az-ın məlumatına görə, “Azericard” yaranan məsələ ilə bağlı açıqlama verib.


“Azericard” proses mərkəzində olan müvəqqəti çətinlikdən dolayı kartlarla ödənişlərdə gecikmələr mövcuddur. Nəzərə almağınız xahiş olunur, problem qısa müddət ərzində aradan qaldırılacaq”, - deyə məlumatda qeyd olunub.