İrevan Tv
CANLI TV

Cəmiyyət
05 İyun 2024
3

Qurban bayramının namaz vaxtı açıqlanıb



 

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.


Qafqaz Müsəlmanları İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hər il olduğu kimi, məscidlərdə Qurban bayramının namazı qılınacaq:


"Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər".