Qurban Qurbanov: "Buraxdığımız üçüncü qol artıq oldu"
"Buraxdığımız üçüncü qol artıq oldu".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis 0:3 hesablı məğlubiyyəti şərh edib:
"Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Rəqib komandanın gücünü bilirdik. Baxmayaraq ki, oyuna pis hazırlaşmamışdıq. Hesabda geridə olmağımıza baxmayaraq futbolçularım çəkinmədən mübarizə apardılar. Bu, mənim çox xoşuma gəldi. Buraxdığımız üçüncü qol artıq oldu. Lakin 3:0 qalib gəliblərsa, deməli bunu haqq ediblər. "Dinamo"nu qələbə münasibətilə təbrik edirəm. Bu görüşün cavab oyunu var. Baxmayaraq ki, heyətdəki itkilərimiz davam edir. Bu hal bizə problem yarada bilər. İstənilən halda cavab matçına hazırlaşacağıq. Azarkeşlərimizə yaxşı oyunu göstərmək istəyirik. İlk matçda buraxdığımız səhvləri cavab görüşündə düzəltməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
"Qarabağ"ın yeni qapıçısı "Dinamo Zaqreb"lə oyuna çıxa bilər?
Qurban Qurbanov: "Ludoqorets" qarşısında yaxşı nəticə üçün bütün gücümüzü sərf edəcəyik"
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"la bağlı matçdan əvvəl dediklərim bu görüşdə öz təsdiqini tapdı"
Qurban Qurbanov: "Sanki bir triller idi"
Qurban Qurbanov: "Hakimlərin rəqib komandaya qarşı simpatiyası var idi"
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo Zaqreb" görüşünün saatı bəlli olub
Qurban Qurbanov: "Qeydə alınan hesab bizi aldatmamalıdır"
İlham Əliyev Olimpiya Oyunlarında medal qazanmış idmançılarımızı və onların məşqçilərini qəbul edib
Qurban Qurbanov: "Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq"
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir